Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_64231c4c610724c5d950e1a2b1cfce4c, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
15 fevral Cövhər Dudayevin doğum günüdür
15 fevral çeçen hərbçi, siyasətçi və dövlət xadimi, İçkeriyanın ilk prezidenti Cövhər Dudayevin doğum günüdür.
1944-cü ildə Çeçenistanda dünyaya gələn Dudayev 8 günlük körpə ikən Sürgün həyatı ilə tanış olub. Sibirə sürgün olunan ailəsi ilə birlikdə orada yaşayıb.
Tambov Təyyarəçilik Akademiyasını, Uzaq Məsafə Təyyarələri üçün Pilot və Mühəndis Yetişdirilməsi Akademiyasın, Hərbi Hava Akademyasını bitirən Cövhər Dudayev keçmiş SSRİ hökuməti tərəfindən 12 medalla təltif edilib. O, Sovet tarixinə Strateji Hava Qüvvələrində tümən komandiri olmağı bacaran ilk müsəlman kimi adını yazdırıb.
Çeçenistanın dövlət başçısı olmazdan əvvəl Baltikyanı respublikalarda cərəyan edən istiqlal mücadiləsini yatırmadığı üçün "qiyamçı general" adlandırılıb. "Yurdunun azadlığı üçün mücadilə edən bir xalqın üstünə bomba atmaram" deyərək əmri yerinə yetirmədiyi üçün Moskva bu itaətsizliyi həzm edə bilmədi və Cövhər Dudayevi cəzalandıraraq əsgərlərilə birlikdə Cövhərqalaya sürgünə göndərdi.
1990-cı ilin mayında vəzifəsindən istefa verdi. 1990-cı ilin noyabrında Çeçen Xalqının Qurultayına dəvət edildi və sonradan "Çeçen Beynəlxalq Konqresi" adını almış xalq məclisinin İdarə Heyətinin sədri seçildi.
"Son çeçen canını vermədən ruslar ölkəmizə hakim ola bilməz" deyən Dudayev Rusiyanın 11 dekabr 1994-cü ildə Çeçenistanda həyata keçirməyə başladığı işğal və soyqırımı siyasətinə qarşı xalqına "Cihad" əmrini verdi. Onun rəhbərliyi ilə çeçen xalq iki il şanlı bir istiqlal mücadiləsi verdi və 1996-cı ilin mayında Çeçenistan tamamilə ruslardan təmizlənərək Qafqaz tarixinə yeni bir "qızıl səhifə" yazıldı.
Üzərindəki uniformasını kəfən bilən qəhrəman mücahid 21 aprel 1996-cı ildə rusların raket hücumu nəticəsində şəhid olub.
Azərbaycan Yüksəliş Partiyası Cövhər Dudayevi böyük sayğı ilə yad edir.