Azərbaycan Yüksəliş Partiyası Baş Məclisinin 2022-ci ilin yekunlarına həsr olunmuş toplantısı keçirilib.
Toplantıda AY Partiya Başqanı ölkədə, bölgədə və dünyada gedən proseslər, partiyanın illik fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.
2023-cü il AY Partiya üçün Təşkilatlanma ili elan olunub.
Başqanlıq Heyətinin üzvləri ilin yekunları ilə bağlı öz sahələri üzrə görülən işlərdən, gələcək planlardan danışıblar.
Başqan Anar Əsədli partiya rəhbərliyində təmsil olunan bəzi şəxslərə təşəkkürnamə təqdim edib.
Toplantıda təşkilati məsələlərə baxılıb, Baş Məclisə yeni üzvlər qəbul edilib. Həmçinin AY Partiya Mərkəzi Nəzarət-Təftiş Komissiyası yenidən formalaşdırılıb. MNTK üzvlərinin keçirdiyi səsvermə ilə Rauf Rzayev MNTK-nın sədri seçilib.
Cari məsələlərin müzakirəsindən sonra Baş Məclisin bu il üzrə son toplantısı başa çatıb.