Vaynaxların (çeçenlər və inquşlar) Şimali Qafqazdan Orta Asiyaya deportasiyasından 78 il ötür.
1944-cü il fevralın 23-də, II Dünya Müharibəsinin davam etdiyi sırada Sovet İttifaqı Aardax adlandırılan əməliyyatla çeçen və inquşları əzəli torpqları Şimali Qafqazdan Orta Asiyaya sürgün etməyə başladı. 23 fevral – 16 mart tarixləri arasında 500 min nəfərə yaxın insan məcburi köçə məruz qaldı.
1930-1950-ci illərdə Stalinin əmri ilə rus olmayan milyonlarla etnik azlığın məcburi yerdəyişməsi həyata keçirildi. 1940-44-cü illərdə baş verən Çeçenistan üsyanı nəticəsində ən ağır cəzalara, məhdudiyyətlərə məruz qalan çeçen və inquşların xeyli hissəsi deportasiya edildi.
Beriyanın rəhbərliyi ilə ağır şərtlər altında həyata keçirilən deportasiya zamanı çeçen və inquşlardan ən az 100 min nəfəri yollarda və düşərgələrdə həlak oldu.
Onlar yanlız 13 il sonra, 1957-ci ildə Nikita Xruşşovun rəhbərliyi dönəmində öz yurdlarına qayıda bildilər.
2004-cü ildə Avropa Parlamenti bu olayı soyqırımı kimi qəbul edib.
Azərbaycan Yüksəliş Partiyası deportasiya zamanı həlak olanları sayğı ilə yad edir, soyqırımına məruz qalmış çeçen və inquşların, ümumiyyətlə, istər Çar, istər Sovet Rusiyasının heç bir zaman dəyişməyən işğalçı, imperialist siyasətindən əziyyət çəkən bütün xalqların bu siyasətdən qurtulacağına əminliyini bildirir.