Türkiyədə qadına seçmək və seçilmək haqqının verilməsindən 88 il ötür.
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün həyata keçirdiyi böyük islahatlardan biri olan bu qanun 1934-cü il dekabrın 5-də qəbul edilib. O vaxtdan 5 Dekabr - Dünya Qadın Hüquqları Günü kimi qeyd olunur.
Ötən 88 il ərzində bir çox sahələrdə inkişaf məhz qadınlarla bağlı olub. Ölkənin bütün sahələrində aktiv olan qadınlar sübut ediblər ki, sürünən qadın cəmiyyəti sürünməyə vadar edir, yüksələn cəmiyyətlər isə qadınla birgə yüksəlir.
Onu vurğulamaq vacibdir ki, Şərqdə qadına seçmək və seçilmək hüququ verən ilk dövlət Azərbaycan Xalq Cümhuriyyəti olub.