Sizi Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) partiyaya çevrilməsi və partiyanın sədri seçilməsi münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm.
Hesab edirəm ki, demokratiyanın, fikir plüralizminin mövcud olması, inkişaf etməsi baxımından siyasi partiyaların qurulması, aktiv fəaliyyət göstərməsi vacibdir. Ümid edirəm ki, ADR Partiyası cəmiyyətin siyasi, iqtisadi və digər sahələrdə baş verən olaylara mövqe bildirməsi istiqamətində aktiv fəaliyyət göstərəcək, demokratiyanın inkişafına öz töhfələrini verəcək.
Sizi və partiya üzvlərini bir daha təbrik edir, siyasi-ictimai fəaliyyətinizdə uğurlar diləyirəm.
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli