Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli və Başqanlıq Heyəti I Turan Kitab Festivalında iştirak edib.
Partiya mənsubları yerli yazıçı və nəşriyyatların stendləri və kitabları ilə tanış olub. Başqan yazıçılar və nəşriyyat rəhbərləri ilə söhbət aparıb, onlara yaradıcılıq uğurları arzulayıb. Həmçinin, AY Partiyanın kitabxanası üçün bir neçə yeni kitab alınıb.
Partiya rəhbərliyi festivalın keçirilməsini yüksək qiymətləndirir, sərginin işində müvəfəqiyyətlər diləyir.