Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli, Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Rəşad Bakuvi və Aynur Qəzənfərqızı professor Nəsib Nəsiblinin "Türkçü düşüncənin əsasları" və Oder Qutluərin "Türkçülüyün Məsələləri" adlı kitablarının imza törənində iştirak edib.
Türkçü Düşüncə Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Anar Əsədli çıxış edərək hər iki kitabın
cəmiyyətdəki ideoloji boşluqları doldurmağa xidmət edəcəyinə inandığını bildirib.
Partiya rəhbərliyi tədbir zamanı ziyalı qonaqlarla da görüşüb və gündəm haqqında maraqlı söhbətlər edilib.