Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli və Başqanlı Heyətinin üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Vətən müharibəsinin şəhidi Allahverdi Tağıyevin ocağında da olub.
Şəhidimizin balaca və ağıllı qızı Zəhra ilə keçirdiyimiz gözəl vaxt əsl bayram sevinci yaşatdı. Zəhra bala, qoy həmişə ürəyin və üzün gülsün!
Bütün şəhidlərimizin ruhunu sayğıyla yad edir, evlərində hər zaman bayram ab-havası yaşanmasını diləyirik. Bayram ən çox sizin haqqınızdır!