Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün tələbə adını qazanmış bir qrup abituriyentlə görüşüb.
AY Partiya Başqanı gənclərlə səmimi söbət edib. Söhbət zamanı gənclər gələcək planlarından danışıblar, bakalavr təhsilini başa vurduqdan sonra magistr pilləsini dünyanın müxtəlif ölkələrinin universitetlərində davam etdirmək arzularını dilə gətiriblər. ADA Universitetini seçən Ayan Camal, Ankara Universitetini seçən Xoşqədəm Hüseynli, Azərbaycan Texniki Universitetini seçən Şəfi Əşrəf, Avrasiya Universitetini seçən Atilay Məmmədli bundan sonra da çox çalışacaqlarını, sahələri üzrə özlərini yaxşı mütəxəssis kimi yetişdirəcəklərini bildiriblər.
Ölkənin ümidinin yeni yetişən savadlı, geniş dünyagörüşünə sahib, vətənpərvər gənclər olduğunu deyən AY Partiya Başqanı onlara mütləq xarici dillər öyrənməyi, təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıtmağı tövsiyə edib.
O bildirib ki, Azərbaycanın bütün sahələrdə mütəxəssisə ehtiyacı var.
Anar Əsədli gənclərə AY Partiyanın yerli yazarlarımızın müəllifi olduğu nəşrlərdən formalaşdırdığı kitabxanadan İlqar Rəsul, Ayaz Arabaçı, Ülviyyə Tahir və Pərviz Cəbrayılın kitablarını və digər hədiyyələr təqdim edib.