Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyətinin Türkiyəyə səfəri çərçivəsində növbəti görüş Nazirlər Kabinetinin Xaricdəki Türklər və Əqrəba Toplumlar İdarəsində (YTB) olub.
Başqanlıq Heyətinin üzvləri Aynur Qəzənfərqızı və Vasif İsmayıl YTB Başqanı Abdullah Ərənin müavini Sayit Yusuf ilə görüşüblər.
Görüş zamanı AY Partiya başqanının müavini Aynur Qəzənfərqızı YTB-nin Azərbaycandan olan şəhid və qazi övladlarının ödənişsiz təhsi almalarını təmin etmək təşəbbüsünə görə təşəkkürünü bildirib.
AY Partiya başqanının müavini Vasif İsmayıl isə Sayit Yusufdan bu gözəl təşəbbüsü sadəcə şəhid və qazi övladlarına deyil, onların qardaş-bacılarına da şamil etməyi rica edib.
Görüş çox səmərəli keçib.