Bu gün İlaxır çərşənbədir.
İlaxır çərşənbə müqəddəs Novruz bayramının əsas atributlarından biridir. Ruhların təmizləndiyi, təbiətin oyandığı bu gözəl günü xalqımız ta qədim dövrlərdən əsl bayram kimi qeyd edir.
Ürəyimizin açıldığı, torpağımızın cana gəldiyi bu gözəl bayram, öz qədəmləri ilə hər birimizin həyatına sevinc gətirsin, ölkəmizi bərəkətli, dövlətimizi qüdrətli, ordumuzu yenilməz, insanlarımızı məsud eləsin!
Bu gözəl gün münasibətilə hamınızı təbrik edirik.