Bu gün Azərbaycan Yüksəliş Partiyası Baş Məclis sədrinin müavini, təcrübəli və tanınmış həkim Rəqibə İsbiyevanın doğum günüdür.
Rəqibə xanım həyatının əsas hissəsini böyük peşəkarlıq və qayğı ilə insanların sağlamlığına həsr edib və etməkdədir. Həkimlik peşəsi ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də cəmiyyətdə ədalətli söz demək bacarığı olan fəal xanımlarımızdandır.
AY Partiyanın qurulması və inkişafında xüsusi xidmətləri olan Rəqibə xanımın bizimlə birgə aktiv siyasi-ictimai proseslərdə iştirakı və göstərdiyi fədakarlıq yüksək qiymətləndirilir.
Azərbaycan Yüksəliş Partiyasının bütün heyəti dəyərli Rəqibə xanım İsbiyevanı təbrik edir, sağlıq və uğurlar diləyir.