Azərbaycan Yüksəliş Partiyası Başqanı yanında Məsləhət Şurasının Dağıstanda yaşayan azərbaycanlılarla iş üzrə məsləhətçisi təyin edilib.
Bununla bağlı AY Partiya Başqanı Anar Əsədli sərəncam imzalayıb. Sərəncama əsasən, filologiya üzrə fəlsəfə doktoru, Gersen adına Rusiya Dövlət Pedoqoji Universitetinin aparıcı elmi işçisi Ruhaniyyat Musayeva Şuranın Dağıstanda yaşayan azərbaycanlılarla iş üzrə məsləhətçisi təyin olunub.
Dağıstanda anadan olan Ruhaniyyat Musayeva 2008-ci ildə "Qumuq antropologiyasi" mövzusunda dissertasiya müdafiə edib.