Filologiya üzrə fəlsəfə doktoru Reyhan Dadaşova Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin təhsil məsələləri üzrə müşaviri təyin edilib.
Dadaşova Reyhan Bəhrəm qızı Şamaxı şəhərində anadan olub. O, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Müəllimlər İnstitutunu bitirib. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimidir.