Milli Azadlıq Hərəkatının öncüllərindən biri, ideoloq, dilçi alim Arif Rəhimoğlu vəfat edib.
1955-ci ildə anadan olan Arif Rəhimoğlu hələ Bakı Dövlət Universitetində tələbə ikən gizli fəaliyyət göstərən millətçi təşkilatın üzvü olub. Daha sonra Naxçıvanda işləyərkən özü gizli dərnəklər yaradıb.
Onun Azərbaycan Xalq Cəbhəsinin formalaşmasında böyük əməyi olub, təşkilatın Məramnamə və Nizamnaməsinin müəlliflərindən biridir. Arif Rəhimoğlu 1988-ci ildə Xalq Cəbhəsinin İdarə heyətinin üzvü seçilib. AXC Naxçıvan Vilayət Təşkilatı İdarə Heyətinin üzvü kimi aktiv ictimai-siyasi fəaliyyət göstərib, eyni zamanda elmi işlərini davam etdirib.
O, 1992-ci ildən AXC sədrinin ideoloji işlər üzrə müavini təyin olanaraq, Bakıya köçüb.
Daha sonralar İsveçə gedərək orada siyasi mühacir həyatı yaşayıb, dərnəklər qurub.
20 kitab və 250-dək elmi məqalə müəllif olan Arif Rəhimoğlunun əsərlərinin bir qismi Azərbaycanda nəşr edilib.
Görkəmli alim Arif Rəhimoğlunun ailə üzvlərinə, yaxınlarına, əqidə yoldaşlarına səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.