Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevə
Hörmətli Baş prokuror!
Sizi 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 104-cü ildönümü münasibətilə təbrik edirəm.
Azərbaycanın prokurorluq orqanları yarandığı 1 oktyabr 1918-ci il tarixindən indiyədək şərəfli bir yol qət edib. 90-cı illərin əvvəllərində qanlı münaqişəyə cəlb olunan ölkəmizin sərhədlərinin, ərazi bütövlüyünün qorunmasında prokurorluq orqanlarının da üzərinə böyük yük düşdü. Həmin dövrdə onlarla qəhrəman prokuror, müstəntiq şəhid oldu.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdə də böyük qəhrəmanlıq, şücaət göstərən prokurorluq əməkdaşlarının danılmaz rolu oldu.
Prokurorluq əməkdaşları bu savaşdan sonra azad olunmuş ərazilərimizdə sabitliyin bərqərar olması, hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmirlər.
Cənab Baş prokuror!
Sizi bir daha təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm.
Dərin hörmətlə,
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Bakı şəhəri, 1 oktyabr 2022-ci il.