Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Azərbaycanın dəyərli aydınlarından Əli Şamilə təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli Əli bəy!
Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı, elmi və ictimai fəaliyyətinizdə uğurlar diləyirəm.
Siz həyatınızın böyük bir hissəsini Azərbaycan elminin inkişafına, folklorşünas alimlərin yetişdirilməsinə, eyni zamanda publisistikamızın tərəqqisinə həsr etmisiniz.
Milli Azadlıq Hərəkatının öncüllərindən olan, nəsillərin yaddaşına iz salan çox dəyərli aydınlarımızdansınız.
Milli düşüncənin, milli kimliyin inkişafı və qorunması naminə etdiyiniz fədakarlıqlar xalq üçün mühim xidmətlər sırasındadır.
Azərbaycan folkloruna və bütövlükdə elminə verdiyiniz töhfələr əvəzsizdir.
Sizi bir daha təbrik edir, yeni nailiyyətlər arzulayıram".