Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli dəyərli ictimai xadim Novella Cəfəroğlunu doğum günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella xanım Cəfəroğluna
Dəyərli Novella xanım!
Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı arzulayır, insan hüquqlarının qorunması ilə bağlı fəaliyyətinizdə uğurlar diləyirəm.
Azərbaycanın yaxın tarixində Sizin ictimai-siyasi sahədə misilsiz xidmətləriniz olub. Milli Azadlıq Hərəkatının önəmli şəxslərindən biri olmusunuz, insan haqlarının müdafiəsi istiqamətində böyük işlərə imza atmısınız. Məhz Sizin və digər vicdanlı hüquq müdafiəçilərinin sayəsində neçə-neçə günahsız insan azadlığına qovuşub, pozulmuş hüquqları bərpa olunub.
Bu misilsiz əməyiniz qarşılığında “Şöhrət” Ordeninə layiq görülmüsünüz.