Bu əziz Novruz Bayramı münasibəti ilə sizi təbrik edir, xalqımıza əmin-amanlıq və səadət arzulayıram.
Novruz Azərbaycanda mənşə etibarı ilə ən qədim bayramlardandır. Xalqımızın əsrlərdir, qeyd etdiyi Novruz bayramı yazın gəlişi, təbiətin oyanışı, Yeni ilin başlanğıcıdır. Bolluq-bərəkət rəmzi olan Novruz türk xalqlarının milli ruhunu, adət və ənənəsini özündə birləşdirən əhəmiyyətli günlərdəndir.
Bir neçə ildir, Novruzu həm də Qarabağda azad olunan torpaqlarımızda qarşılayırıq. Bizə bu günləri yaşadanları unutmuruq, canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, Ordumuza hər zaman Zəfər diləyirik. Azərbaycan əsgərinin bayramını təbrik edirik.
Azərbaycan Yüksəliş Partiyası olaraq bu gözəl gündə bayram münasibətilə həm Güney Azərbaycanda, həm də ölkə xaricində olan bütün soydaşlarımızı təbrik edirik.