Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Qaqauz Yerinin Başqanı İrina Vlaha təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Dəyərli Başqan!
Hər bir Türk xalqı kimi, Qaqauz xaldı da bizim üçün əzizdir, dəyərlidir. Biz hər bir Türkün uğuruna sevinir, kədərinə üzülürük. Hər zaman Türk Birliyinin qurulması, möhkəmlənməsi istiqamətində səyləri dəstəklədiyimizi bilmənizi istəyirik.
Türk Dünyasının mədəniyyəti çox zəngin və əngindir. Hər dindən, coğrafiyadan olan insanlarımızın əsas fəlsəfəsi xoş niyyət, dostluq, qardaşlıqdır. Bu qardaşlığın arasında qaqauzların yeri çox özəldir.
Azərbaycanın torpaqlarının azadlığı uğrunda apardığı müqəddəs savaş zamanı Sizin və xalqınızın verdiyi dəstək bizi sevindirdi. Bir gün qaqauzlara da dəstək lazım olsa, bunu əsirgəməyəməcəyimizdən əmin olun.
Dəyərli Başqan!
Bu gün Qaqauz Yerinin bayramıdır. Sizi və Qaqauz xalqını muxtariyyət əldə etməniz münasibətilə təbrik edir, daha böyük uğurlar arzu edirəm”.