Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_80acd717b68febde638b96d1d75aeb6f, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya Başqanından tanınmış jurnalist Sevinc Paşayevaya təbrik
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli tanınmış jurnalist Sevin Paşayevaya doğum günü münasibətilə təbrik ünvanlayıb.
"Dəyərli Sevinc xanım!
Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı, fəaliyyətinizdə uğurlar diləyirəm.
Siz çağdaş mətbuatımızın tanınmış simalarından biri olmaqla yanaşı, öz vətəndaş mövqeyinizlə də daim seçilirsiniz.
Təcrübəli bir jurnalist kimi daim cəmiyyətin ağrılı problemlərini araşdırır, işıqlandırır, həllinə nail olmağa çalışırsınız. Şəhid ailələri, qazilər və müharibə veteranları ilə bağlı mövcud problemlərə həssaslıqla yanaşır, bu məsələlərə xüsusi diqqət yetirirsiniz.
Azərbaycan Yüksəliş Partiyasına göstərdiyiniz diqqət isə bizim üçün çox önəmlidir. Bunun üçün Sizə təşəkkür edirik.
Sizi bir təbrik edir, şəxsi həyatınızda, yaradıcılığınızda və jurnalistikamızın inkişafı yönündə gördüyünüz işlərinizdə uğurlar arzulayıram".