Ümid Partiyasının Sədri İqbal Ağazadəyə
Hörmətli İqbal bəy!
Sizi doğum gününüz münasibəti ilə təbrik edir, cansağlığı, ictimai-siyasi fəaliyyətinizdə uğurlar diləyirəm.
Siz həyatınızın böyük hissəsini Azərbaycanda azad və demokratik cəmiyyətin qurulmasına həsr etmiş siyasətçilərdənsiniz.
Aktiv siyasi fəaliyyətlə məşğul olmağa başladığınız ilk gündən sərgilədiyiniz cəsarətli mövqe, cəmiyyətin mövcud problemləri, onların həlli istiqamətində səsləndirdiyiniz fikirlər təqdirəlayiqdir.
Sizi bir daha təbrik edir, uğrunda mübarizə apardığınız demokratik cəmiyyətin bərqərar olmasını diləyirəm.
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı