Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli “Yeni Azərbaycan” qəzetinin fəaliyyətə başlamasının 29-cu ildönümü ilə əlaqədar qəzetin Baş redaktoru Alqış Həsənoğluna təbrik ünvanlayıb.
Təbrikdə deyilir: “Hörmətli Alqış müəllim!
Rəhbərlik etdiyiniz “Yeni Azərbaycan” qəzeti müstəqil Azərbaycanın ilk media orqanlarından biri kimi nəşrə başladığı gündən informasiya məkanında öz sözünü deməyi bacarıb.
Xəbər saytlarının, sosial şəbəkələrin, digər internet resurslarının əsas informasiya mənbələrinə çevrildiyi indiki dönəmdə “Yeni Azərbaycan” çap mətbuatı olaraq, təqdim etdiyi maraqlı yazıları, analizləri, araşdırmaları ilə oxucularını qoruyub-saxlaya bilib. Eyni zamanda, qəzet yeniliklərlə ayaqlaşaraq, öz saytını yaratmaqla daha geniş oxucu auditoriyasına sahib olub.
Hörmətli Baş redaktor!
Sizi və “Yeni Azərbaycan”ın kollektivini qəzetin fəaliyyətə başlamasının 29-cu ildönümü münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram”.