I Turan Festivalında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli müəllifi olduğu "Vicdanın labüd etdiyi savaş" kitabıyla iştirak edib.
Partiya başqanının bu gün keçirilən imza günündə müxtəlif kəsimdən olan şəxslər iştirak edib, müəllifin imzası ilə kitab əldə edib.
Sərgidə, həmçinin, "AY Partiyanın Kitabxanası"na məxsus olan " Məhsa Mehdilinin “44 günlük Qarabağ savaşında Güney Azərbaycan” kitabı da nümayiş etdirilib.
İmza saatı zamanı Anar Əsədli media orqanlarına müsahibə verərək I Turan Festivalının dəyərləndirməsini aparıb.