Azərbaycan Yüksəliş Partiyası Başqanının Elm və təhsil məsələləri üzrə müavini İlahə Qurbanlı Ankaraya səfəri zamanı TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı ilə görüşüb.
TÜRKSOY-un inzibati binasında keçirilən görüşdə AY Partiya Başqanı yanında Məsləhət Şurasının Güney Azərbaycan Türklərinin məsələləri üzrə təmsilçisi Rza Heyət də iştirak edib. Görüşdə TÜRKSOY və AY Partiyanın qarşılıqlı fəaliyyətindən, Türk Birliyinin qurulması, inkişaf etdirilməsinə iki qurumun əməkdaşlığının verəcəyi töhfələrdən danışılıb.
Görüşün sonunda AY Partiya Başqanı Anar Əsədlinin müəllifi olduğu “Vicdanın labüd etdiyi savaş” kitabı Bilal Çakıcıya təqdim edilib.