Azərbaycan Yüksəliş Partiyası Başqanının müşaviri, əslən Təbrizdən olan tərcüməçi, dəyərli ziyalı Məsumə Şükürzadənin (Yekan) doğum günüdür.
Məsumə xanım İran rejiminin bütün məhdudiyyət və məhrumiyyətlərinə baxmayaraq, həyatının böyük hissəsini Güney Azərbaycanın azadlığı uğrunda mübarizəyə həsr edib, bu gün də mücadiləsini davam etdirir.
İstər siyasi, istər ictimai sahədə aktiv fəaliyyəti ilə seçilən Məsumə xanımın dönməz iradəsi, əzmi bizim üçün bir örnəkdir. O, AY Partiyanın güclənməsində də əməyini əsirgəmir.
AY Partiya Başqanı və bütün üzvləri adından əqidəsindən dönməyən, böyük mübarizə yolu keçən, eyni zamanda qayğıkeş qadın olan Məsumə xanımı ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik, arzuladığı Bütöv Azərbaycanda yaşamağı diləyirik.