Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyətinin 2023-cü ildə ilk toplantısı keçirildi.
Başqan Anar Əsədlinin sədrliyi ilə keçirilən iclasda AY Partiyanın təşkilatlanma ilinin konturları müəyyənləşib, Başqan müavinlərinin fəaliyyət istiqamətləri qəbul edildi.
Toplantıda AY Partiya Başqanının bölgələrə səfər proqramı təsdiqləndi, “Siyasi partiyalar haqqında” qanuna əsasən, üzvlərin reyestrinin tərtib olunması barədə müvafiq tapşırıqlar verildi.
İclasda Aydan Quliyeva AY Partiya İcra Aparatının Təşkilat Departamentinin rəhbəri təyin edildi.