Azərbaycan Yüksəliş Partiyasının bölgələrə səfəri başlayıb.
Səfərin ilk dayanacağı Azərbaycanın qədim yurdu Bərdə olub.
Partiya Başqanı Anar Əsədli və rəhbərliyi, Gənclər Təşkilatı əvvəlcə rayondakı şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın bütövlüyü uğrunda canından keçən qəhrəmanları sayğı ilə yad edib, məzarlarına çiçək düzüblər.
Sonra Vətən savaşı zamanı Bərdəyə raket hücumu nəticəsində həlak olan mülki vətəndaşların xatirəsinə ucaldılmış lövhə ziyarət edilib, ətrafdakı sakinlərlə söhbətlər aparılıb.
Partiya təmsilçiləri Bərdədəki tarixi körpünü gəzib, parkda rayondan bir qrup gənclə görüşüb. Gənclərlə söhbət edən AY Partiya Başqanı onların fikirlərini dinləyib.
Partiya rəhbərliyi rayonda bazara baş çəkib, satıcılarla, sakinlərlə söhbətləşib.
AY Partiya təmsilçiləri daha sonra Vətən savaşında şəhid olan Devran Naibovun evində olub, ailəsi ilə görüşüb.