Cümhuriyyətimizin quruluşunun 105-ci ildönümündə “AY Partiya gəncliyi: Millətimizin adı türk, dili türk!” şüarını qəlblərə daşımaqla ölkəmizdə milliyyətçi şüurun yox edilməsinə qarşı aparılan oyunlara qarşı çıxıb, türk milli kimliyini şüurlara həkk edib, millət-dövlət birliyini həyata keçirməliyik. 100 il öncə milli düşüncəni qəbul etməyən bizim bəşəriyyətçilərin (oxu kosmopolit) sayəsində Rusiya bolşevikləri 27 aprel işğalını gerçəkləşdirdi.
Tək yolumuz milli dəyərləri ayaqlar altına almaq istəyənlərin önündə durmaqdır.
Biz də AY Partiya gəncləri olaraq, önəmli bir aksiya başladırıq. Təşkilatımızın üzvləri başda olmaqla, bunun bütün gənclərimizdə təsiredici rolunun olacağını düşünürük. Düşünürük ki, ilk olaraq, rus mənşəli “ov-a”, “yev-a” soyad sonluqlarından imtina edərək, mesaj verməliyik.
Gəlin, üzərimizdə olan bütün xarici təsirlərdən qurtulaq, milliləşək , güclənək, yüksələk, dəyişək!
Qeyd: Bir həftə sonra burada dəyişilmiş vəsiqələr olacaq".