Azərbaycan Yüksəliş Partiyası bölgələrə səfərin ikinci günündə Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda olub.
Partiya Başqanı Anar Əsədli və rəhbərliyi, Gənclər Təşkilatı əvvəlcə rayondakı Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın bütövlüyü uğrunda canından keçən qəhrəmanları sayğı ilə yad edib, məzarlarına çiçək düzüblər.
Partiya təmsilçiləri daha sonra taksi sürücüləri ilə bir araya gəlib, onların güzəranı ilə maraqlanıb.
AY Partiya Başqanı bir qrup rayon sakini ilə çay süfrəsi arxasında görüşərək, onlarla söhbət edib, fikirlərini dinləyib, problemlərini öyrənib.
Anadangəlmə fiziki məhdudiyyəti olan Cəfər Əliyevlə evində görüşən Anar Əsədli gəncimizin gələcək planları ilə tanış olub, təhsili və işlə təmin olunması ilə bağlı fikirlərini bildirib.
Partiya rəhbərliyi daha sonra Vətən savaşında şəhid olan kapitan Emin Mahmudovun evində olub, ailəsi ilə görüşüb, həyat şəraitləri ilə tanış olub.
Şəhid gizir Kənan Cəbrayılovun da evinə baş çəkən partiya təmsilçiləri onun ailəsi ilə söhbətləşib. Ailəsi ilə birlikdə şəhidin kənd qəbiristanlığında yerləşən məzarını ziyarət edib.