Azərbaycan Yüksəliş Partiyası müqəddəs Ramazan ayında media mənsubları üçün iftar yeməyi təşkil edib.
Tədbirə ölkənin aparıcı mətbuat orqanlarının, o cümlədən müxtəlif saytların, televiziya kanallarının rəhbərləri, əməkdaşları, tanınmış jurnalistlər qatılıb.
AY Partiya Başqanının ictimaiyyətlə əlaqələr və mətbuat məsələləri üzrə müavini Gülşən Hacıyeva tədbiri açaraq, Ramazanın paylaşma ayı olduğunu xatırladıb, mətbuat nümayəndələri ilə bu müqəddəs ayda bir araya gəlməkdən məmnun olduqlarını bildirib.
Əməkdar artist Zakir Əliyev, Muğam müsabiqəsinin laureatı Fərhad Ramazanov, tarzən Emil Mirzəyev, kamança ustası Niyaməddin Allahverdiyevin müşayiəti ilə canlı ifaları, tanınmış qiraət ustası, AY Partiya Başqanının müşaviri Məleykə Alıqızı şeirləri ilə qonaqlarda xoş ovqat yaradıblar.
Tədbirin sonunda çıxış edən partiya Başqanı Anar Əsədli dəvəti qəbul edib, yeməyə qatılan iştirakçılara təşəkkür edib.