Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyətinin üzvləri Əlövsət Xalıqverdiyev, Rəşad Bakuvi və Gülşən Hacıyeva MüsavatPartiyasının qərargahında həbsdə olan Tofiq Yaqubluya dəstək məqsədilə aclıq aksiyası keçirən şəxslərə baş çəkiblər.
Partiya rəhbərliyi aclıq edən şəxslərin durumu ilə maraqlanıb, onlarla söhbət edib, bəzi mövzularda müzakirə aparıb, dəstəklərini bildiriblər.