Azərbaycan Yüksəliş Partiyası Başqanının Təşkilati işlər üzrə müavini Əlövsət Xalıqverdiyev, Türk Dünyası və ideoloji işlər üzrə müavini Aynur Qəzənfərqızı, Avropadakı azərbaycanlılarla iş üzrə müşaviri Nemət Sariyev, Baş Məclis sədrinin müavini Rəqibə İsbiyeva məşhur türkoloq, fədakar alim Minaxanım Təkləlinin "Türkoloji etüdlər" kitabının təqdimat mərasimində iştirak etdi.
Dr. Aynur Qəzənfərqızı tədbirdə çıxış edərək, Minaxanim Təkləlilinin fəaliyyətinin Türk Dünyası üçün əhəmiyyətindən danışdı. Bildirdi ki, sovetlərin təkidlə türklər arasındakı fərqləri öyrəndiyi bir zamanda ortaq dəyərlərdən yazan Minaxanim Təklləli kimi alimlərin fəaliyyəti önəmlidir.