Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli və Başqanlıq Heyətinin üzvləri tarixçi alim, professor Nəsib Nəsiblinin "Türkçü düşüncənin əsasları" kitabının Mərkəzi Elmi Kitabxanada təşkil olunan müzakirəsinə qatılıb.
Tədbirdə çıxış edən Anar Əsədli xüsusilə gənclərimizə tarix sevgisinin aşılanması, keçmişimizin öyrənilməsi, milli şüurun formalaşması üçün belə əsərlərin yazılmasının, yayılmasının önəmli olduğunu vurğulayıb, Nəsib Nəsibliyə təşəkkürünü bildirib.