Azərbaycan Yüksəliş Partiyasının rəhbərliyi bu gün partiyanın qərargahında bir araya gəldi.
Başqan müavini Vasif İsmayıl Başqan Anar Əsədlinin hüquqlarının müdafiəsi ilə əlaqədar indiyədək görülən işlər barədə geniş məlumat verdi. Toplantıda bu istiqamətdə atılacaq addımlar müzakirə edildi və müvafiq qərarlar qəbul olundu. Həmçinin partiya rəhbərliyi ölkədəki sosial-siyasi durum, imzalanan əfv fərmanı, Qarabağ ətrafında gedən proseslər, Türkiyədə seçkilər, dünyada baş verən olaylar barədə fikirlərini bildirdi.