Birinci Qarabağ Müharibəsində qaynar nöqtələrdə reportyor işləmiş, "Tərs kimi" romanı, Milli Kitab və "Ədəbi Azadlıq" Müsabiqələrinin qalibi olmuş, Gürcüstan, Ukrayna, İran, Rusiya və Türkiyədə nəşr olunan "Şəhər Mehi" kitablarının müəllifi dəyərli qələm adamı Məqsəd Nurun növbəti - "Oliqarxın Alaçığı" kitabının işığına toplaşmışdıq.
Öncəliklə yazıçıya İmza Günündə AY Partiya başqanı Anar Əsədlinin salamlarını çatdırdıq.
Dəyərli yazıçını təbrik etməklə yanaşı yaradıcılıq işində yeni-yeni müfəvvəqiyyətlər arzuladıq. Məqsəd Nur kitablarını həm başqan Anar Əsədli, birini də Azərbaycan Yüksəliş Partiyasının Kitabxanası üçün imzaladı.