Azərbaycan Yüksəliş Partiyasının xanımlarının bir hissəsi 8 Mart – Beynəlxalq Qadınlar Günündə partiyanın qərargahında toplaşdı.
AY Partiya Qadınlar və Gənclər Təşkilatlarının hazırladığı çay süfrəsi arxasında Başqan Anar Əsədli xanımları təbrik etdi, onlara çiçək hədiyyə etdi. Səmimi şəraitdə keçən tədbirdə AY Partiya rəhbərliyinin qadınlara təbrik videoçarxı izləndi, fotolar çəkildi.