Azərbaycan Yüksəliş Partiyasının Bərdədən olan bir qrup üzvü və rayon Gənclər Təşkilatının sədri Əli Əzizli partiyanın mərkəzi ofisini ziyarət ediblər.
Başqan Anar Əsədli ilə görüş zamanı Əli Əzizli AY Partiyanın rayon təşkilatının formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Anar Əsədli onları Bakıda görməkdən şad olduğunu bildirib, bəzi tövsiyələrini verib.
Heyət gənclərin “Başla" otağı ilə tanış olub.
Daha sonra Başqan Anar Əsədli, partiya rəhbərliyi ilə birlikdə Xalq artisti Vidadi Həsənovun “M teatr”ında “Vidalaşmadan getməyin" mono-tamaşasını izləyiblər. Oqtay Mehdiyevin ifasında nümayiş olunan tamaşa bitdikdən sonra yaradıcı heyətlə tamaşaçılar səhnə əsəri barədə müzakirə aparıblar.
Bərdədən gələn heyətin partiya proqramı əsasında gerçəkləşdirilən səfəri davam edir.