Azərbaycan Yüksəliş Partiyası Başqanının Beynəlxalq Məsələlər üzrə müavini dr. Vasif İsmayıl, Siyasi Məsələlər üzrə müavini Rəşad Bakuvi, Türk Dünyası və İdeoloji Məsələlər üzrə müavini dr. Aynur Qəzənfərqızı, AY Partiya İcra Aparatının rəhbəri Aqil Dadaşzadə Ankarada CHP-nin Xaric İşlər Komissiyasının müşaviri, CHP Genel Başkan başdanışmanı, bir dönəm Türkiyənin Azərbaycandakı səfiri işləmiş Ahmet Ünal Çeviköz ilə görüşüb.
Görüş zamanı Ü.Çeviköz CHP-nin Azərbaycanı tək partiya olaraq qəbul etdiyini və hər görüşə sahib partiya ilə görüşmək üçün qapılarının açıq olduğunu bildirib. O, Azərbaycana və Azərbaycan xalqına sevgilərinin əbədi olduğunu xüsusi vurğulayıb. Cənab Çeviköz AY Partiyanın dövlətçiliyin inkişafında öz töhfəsini verməsini diləyib.
Başqanlıq Heyətinin üzvləri də öz növbəsində Türkiyəni tək partiya olaraq gördüyünü və Türk Dünyası ilə əlaqələrin inkişaf etdirilməsi, dərinləşdirilməsi məqsədilə səfərlər təşkil etdiyini vurğulayıb. Görüşün sonunda AY Partiya Başqanı Anar Əsədlinin hədiyyəsi hörmətli Ünal Çeviközə təqdim edilib.