Azərbaycanın üçüncü Prezidenti, mərhum Heydər Əliyevin vəfatından 19 il ötür. Heydər Əliyevin tarixdəki rolu və əhəmiyyəti, onun Azərbaycan üçün uyğun gördüyü strateji xəttin və siyasi kursun təfərrüatı haqqında bundan sonra da çox yazılacaq və danışılacaq.
Ona görə də Heydər Əliyevin bir siyasət adamı, dövlət rəhbəri kimi fəaliyyəti daim maraq mərkəzində qalacaq, hər baxışdan olan insanları özünə cəlb edəcək.
Azərbaycan Yüksəliş Partiyası vəfatının 19-cu ildönümündə Heydər Əliyevin xatirəsini ehtiramla yad edir.
Allah rəhmət eləsin.