Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı, fəaliyyətinizdə uğurlar diləyirəm.
Azərbaycanın yeni nəsil ədəbiyyat adamları arasında istər ziyalı mövqeyiniz, istər istedadınız, istər azad fikirlərinizlə seçilirsiniz. Cəmiyyətin mövcud problemlərinə obyektiv baxışınız, həllinə dair fikirləriniz, olaylara qərəzsiz yanaşmanız, üslubunuz Sizi ədəbiyyat cameəsində fərqləndirib və sevdirib.
Milli təəssübkeşliyiniz isə bu müsbət xüsusiyyətlərin başında durur.
Sizi bir daha təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram.