Ana səhifə / Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyəti üzvləri Ankarada Doğu Türküstan Cümhuriyyəti Sürgün Hökumətinin Baş naziri Erkin Sabitlə görüşüblər
Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Rəşad Bakuvi, Aynur Qəzənfərqızı və Gülşən Hacıyevanın qəbul edən Erkin Sabit uyğur türklərinin tarixindən, bugünkü durumundan danışıb. Görüşdə Türk Dünyası ölkələri arasında əlaqələrin gündən günə inkişaf etdiyi dilə gətirilib. Qeyd edilib ki, bu irəliləyiş sadəcə Türk dövlətləri arasında yox, bütövlükdə Türk Dünyası coğrafiyasında yaşayan bütün türklərin bir-biri ilə münasibətlərinə təsir etməlidir.
Sonda AY Partiya Başqanının hədiyyəsi Erkin Sabitə təqdim olunub, xatirə şəkilləri çəkdirilib.