Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Rəşad Bakuvi, Aynur Qəzənfərqızı və Gülşən Hacıyeva bu gün Ankarada İYİ Partiya Başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini Rıdvan Uzla bir araya gəlib.
Söhbət zamanı Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasından, Türk Dünyası ölkələrinin arasında əlaqələrin yüksələn xətt üzrə inkişafından danışılıb. Həmçinin AY Partiya və İYİ Partiyanın əməkdaşlıq etdiyi, bu əməkdaşlığın Türk Dünyası birliyinin möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub. İki partiyanın əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək layihələrdən söhbət açılıb.
Sonda Rıdvan Uza AY Partiya Başqanının hədiyyəsi təqdim olunub, xatirə şəkilləri çəkdirilib.