5 fevral 1997-ci il. Bu tarix Uyğur xalqının yaddaşında ən qanlı hadisə ilə - Gulca şəhərində dinc əhalinin Çin silahlı qüvvələri tərəfindən gülləbaran edilməsi ilə yadda qalıb. Ramazan ayında dua üçün toplanan inanclı Uyğurların adət-ənənəsinə qarşı bir cinayət idi Gulca qırğını.
O gündən 24 il ötsə də, yaralar hələ təzə, xatirələrin acısı yenidir. Çünki günahkarlar cəzalarını almayıb, Uyğur xalqından üzr istəyən olmayıb
Azərbaycan xalqı başqa millətin imperiyası içində əsir yaşamanın nə olduğunu yaxşı bilir. Ona görə də Uyğurların Çin zülmü içində necə ağır günlər yaşadığını hiss etməkdə çətinlik çəkmirik. Bununla belə, biz düşünürük ki, əsir Türk yurdlarından biri olan Şərqi Türküstana yetərincə diqqət ayırmırıq. Onların dərdinə-sərinə qayğı göstərmirik
Azərbaycan siyasi partiyaları kimliyindən asılı olmayaraq, Şərqi Türküstanlı Uyğur soydaşlarımızın insani haqlarını daim gündəliklərində tutmalı, Çin dövləti qarşısında öz narahatlıqlarını bildirməlidir
Çinin anti-hunamist davranış qarşısında susmamaq, Uyğur qardaşlarımıza hər cür mənəvi dəstəyi təmin eləmək, dünyanın bütün duyarlı insanlarına mövqeyimizi çatdırmaq ümdə vəzifəmizdir
AY Partiya rəhbərliyi və üzvləri Gulca şəhidlərini rəhmətlə yad edir və Uyğur qardaşlarımıza öz hüquqları uğrunda apardıqları mübarizədə uğurlar diləyir.