Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Adı Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış Mübariz İbrahimov 1988-ci il fevralın 7-də anadan olub.
Azərbaycan Daxili Qoşunlarının Xüsusi təyinatlı bölüyündə xidmət keçən Mübariz dəfələrlə komandanlığa ərizə ilə müraciət edərək, onu ehtiyat hərbi hissədən ön xətdə yerləşən bölmələrdən birinə dəyişmələrini xahiş edir istəyinə nail olur.
18 iyun 2010-cu il Tərtər rayonu yaxınlığındakı Şiştəpə adlanan ərazidə bir qrup erməni hərbiçisi atəşkəsi pozaraq mövqelərimizə hücuma keçir.
Mübariz İbrahimov düşmənin hücumunu dəf edərkən, onlarla erməni hərbçini məhv edir və özü də Azərbaycan qəhramanlıq dastanına dönüb əbədiyyətə qovuşur.
Mənfur düşmən onun nəşini aylar sonra Azərbaycana qaytarır.
Mübarizin uğrunda canından keçdiyi torpaqlarımız bu gün artıq azaddır.
Qəlblərədə yaşayan Qəhraman, ruhun şad olsun!
Sənin və bu torpaq uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə "var olun!" deyirik!