Bu gün görkəmli şairimiz Rüstəm Behrudinin doğum günüdür.
Rüstəm Behrudi lap gəncliyindən Türk düşüncəsinin, şaman ruhunun daşıyıcısı kimi tanınıb.
Onun yaradıcılığı etnos təfəkkürü üzərində pərvəriş taparaq, milli özgüvənliyin sərhədsizliyini müəyyən etməyə cəhd faktı kimi də poeziyasevərlər üçün maraqlı olub həmişə. Rüstəm Behrudinin başdan başa milli düşüncənin və Türk tarixinin təcəssümü olan parlaq poeziyası, artıq neçə illərdir ki, gəncliyimizin ədəbi zövqünün formalaşmasına öz töhfəsini verməkdədir. Onun yaradıcılığına Türklər yaşayan coğrafiyalarda, xüsusən Türkiyədə böyük maraq və sevgi var. Həm Azərbaycanda, həm də Türkiyədə şairin çoxlu sayda kitabları işıq üzü görüb.
Azərbaycan Yüksəliş Partiyası milli poeziyamızın qüdrətli təmsilçilərindən biri olan Rüstəm Behrudinin doğum günü münasibətilə təbrik edir, cansağlığı və yaradıcılığında uğurlar arzulayır.