Böyük zəlzələ fəlakəti ilə üzləşən Suriya diqqətdən kənarda qalıb.
Zəlzələnin episentri Türkiyənin Suriya ilə sərhədlərinə yaxın ərazidə olduğundan Suriyada da ciddi dağıntılar və çoxsaylı insan tələfatı qeydə alınıb. İllərdir, Əsəd rejimi, terror qrupları, işğalçı dövlətlərin ordularının savaş meydançasına çevirdiyi, vətəndaş müharibəsinin davam etdiyi, heç bir hüququn, qanunun olmadığı Suriyada tam bir insanlıq dramı yaşanır. Bu böyük fəlakət isə onsuz da dözülməz şərtlərdə yaşamağa məhkum olan insanları daha da çıxılmaz vəziyyətə salıb. Əlverişsiz hava şəraitində evsiz-eşiksiz qalan suriyalılara nə rejim, nə də digər dövlətlər yardım edir.
AY Partiya olaraq, dünya birliyini bu duruma biganə qalmamağa, ölümə tərk edilmiş on minlərlə insana yardım etməyə çağırırıq.