1 dekabr – Laçın rayonunun erməni işğalından azad olunması münasibətilə Azərbaycan xalqına
TƏBRİK
Bu gün – 1 dekabr 2020-ci il tarixində Şanlı Azərbaycan Ordusu 28 il davam edən işğala son qoyaraq, Azərbaycanın strateji əhəmiyyətə, zəngin maddi-mənəvi sərvətlərə malik Laçın rayonunu azad edib.
Əziz millətimizin gözü aydın olsun!
Bu tarixi günlərdə torpaqlarımızın hər qarışı üçün canından keçən şəhidlərimizə Tanrıdan rəhmət, doğmalarına səbir, yaralılarımıza şəfa diləyirik, onların qarşısında baş əyirik.
Torpaqlarımızın bütövlüyü işində xalqımıza və ordumuza uğur diləyir, Azərbaycan xalqını yeni zəfərləri münasibəti ilə təbrik edirik!
Qələbələrin mübarək, Azərbaycan xalqı!
Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Azərbaycan Yüksəliş Partiyası Təşəbbüs Qrupu üzvləri