Azərbaycan Yüksəliş Partiyası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Milli Şuranın rəhbəri, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin adına mükafat təsis olunub.
28 May – Müstəqillik Günü ərəfəsində təsis olunan mükafatın məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin və cümhuriyyətin qurucularının təbliğatını gücləndirmək, bu istiqamətdə fəaliyyətləri təşviq etməkdir.
Mükafatın hər il verilməsi planlaşdırılır.
Qeyd edək ki, builki mükafatçılar Azərbaycan Yüksəliş Partiyasının 27 may 2022-ci il tarixində keçirəcəyi “Hüriyyət havasını tənəffüs edək” adlı bayram tədbirində açıqlanacaq.