Niderlandlı Azərbaycan sevdalısı Henri Van Rens Azərbaycana bu dəfəki səfərində də Azərbaycan Yüksəliş Partiyasının qonağı oldu.
Niderlandlı tədqiqatçı Henri Van Rens Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli və partiya rəhbərliyi ilə bir araya gəldi. Qonaq görüşdə hazırda üzərində işlədiyi kitab haqqında məlumat verərək bildirdi ki, 4 dildə çap olunması nəzərdə tutulan nəşrdə Azərbaycanın torpaqların işğalı, üzləşdiyi soyqırımları və digər olaylar barədə faktlar yer alacaq.
Başqan Anar Əsədli Azərbaycan-Ermənistan qarşıdurmasının, ölkəmizin məruz qaldığı qətliamların əsas səbəbkarının Rusiya olduğunu nəzərə çatdırdı, Ermənistanın burada alət olduğunu bildirdi və kitabda bu məsələlərə diqqət edilməsini rica etdi.
Henri Van Rens öz növbəsində Anar Əsədliyə təşəkkürünü bildirdi. Daha sonra Anar Əsədli kitabın təqdimatında lazımi dəstəyi göstərəcəyini bildirdi.
Gənclərin “Başla” otağı ilə tanış olan tədqiqatçıya daha səmərəli araşdırma aparması üçün Xocalı həqiqətlərindən bəhs edən "Khojaly Tragedy an İnternational View" adlı kitab hədiyyə olundu.